iyl
2024
19:15
713


Türkiyə millisinin AÇ-2024-də qazancı açıqlandı

7 iyl, 2024
19:15
713

Türkiyə millisinin AÇ-2024-də qazancı açıqlandı

Avropa Çempionatında mübarizəni 1/4 finalda dayandıran Türkiyə millisinin ümumi qazancı bəlli olub.

“Den.az” xəbər verir ki, “ay-ulduzlular” ümumilikdə 15.25 milyon avro gəlir əldə edib.

Bu gəlirin 9.25 milyonu AÇ-2024-ə iştiraka görədir.

Qardaş ölkə təmsilçisinin təkcə qələbəyə görə mükafatı 2 milyon avro olub.

Türkiyə millisi 1/8 finala yüksəldiyinə görə, 1.5 milyon, 1/4 -ə çıxdığına görə isə 2.5 milyon avro qazanıb.

Qeyd edək ki, Türkiyə millisi AÇ-2024-ün 1/4 final mərhələsində Niderland yığmasına 2:1 hesabı ilə uduzduqdan sonra mübarizəni dayandırıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar