Yaxın Şərqdəki münaqişə fonunda Böyük Britaniya dərman çatışmazlığı ilə üzləşə bilər. Bu barədə Guardian yazıb.
Ekspertlərin fikrincə, əgər İranda müharibə davam etsə, Britaniya bir neçə həftə ərzində dərman qıtlığı ilə üzləşə bilər — bu, sadə ağrıkəsicilərdən tutmuş xərçəng müalicəsi üçün preparatlara qədər təsir edə bilər.
Bundan əlavə, mütəxəssislər dərman qiymətlərinin artacağını da proqnozlaşdırır.
Bildirilir ki, münaqişə artıq xammal tədarükünü pozub, gələcəkdə isə tibbi məhsulların ümumilikdə çatdırılması risk altına düşə bilər.
Xüsusilə qeyd olunur ki, Hörmüz boğazındakı vəziyyət dərmanların daşınmasını çətinləşdirib.

