Azərbaycan dəmir yolu və avtomobil infrastrukturlarına sərmayə yatıraraq yeni nəqliyyat dəhlizləri açır.
Bunu Prezident İlham Əliyev XXXI Bakı Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladaraq qeyd edib:
“Şərq-Qərb dəhlizinin daha bir qolu olacaq Zəngəzur dəhlizi mütləq tikiləcək. Bu, 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə uyğun olaraq həyata keçiriləcək”.

