23 
fev
2024
13:00
164

Suraxanıda ƏMƏLİYYAT: Həbs edilənlər var - VİDEO

23 fev, 2024
13:00
164

Suraxanıda ƏMƏLİYYAT: Həbs edilənlər var - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Den.az-a verilən məlumata görə, onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.

Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər  “Kalaşninov” avtomatı, 15  patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib. 



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar