11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü elan edilib.
Denmedia.az xəbər verir ki, 2012-ci ildən etibarən bütün üzv ölkələrin səsi ilə bu tarix Beynəlxalq Qızlar Günü kimi qəbul olunub. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması, qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər mühüm məsələlər əksini tapıb.
Beynəlxalq Qızlar Gününün keçirilməsində əsas məqsəd qızların hüquqlarının müdafiəsi, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunması, eləcə də müxtəlif növ ayrı-seçkilik və baxımsızlıqdan əziyyət çəkən qızlara diqqət yönəltməkdir.