Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya səfər etdi.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verildi.
Ankarada Ceyhun Bayramovu Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşıladı.

