Türkiyəli müğənni Bengü keçmiş evliliyi və boşandıqdan sonrakı həyatı ilə bağlı səmimi etiraflar edib.
2018-ci ildə Selim Selimoğlu ilə ailə quran, 2024-cü ildə isə boşanan sənətçi İbrahim Selimin “Bu Gece” proqramında evliliyinin istədiyi kimi alınmadığını bildirib.
“Evlilikdə uğursuz oldum. Qoç bürcü olduğum üçün bacarmadığım bir şeyin olmasını qəbul edə bilmirəm. Çox tez valideyn olduq. Evləndik, üç ay sonra Zeynəbə hamilə qaldım. O, çox sevdiyim insandır, uşaqlarımın atasıdır. Amma evliliyimdə daha uğurlu olmağı çox istəyərdim”, – deyə müğənni etiraf edib.

Boşandıqdan sonra həyat tərzini dəyişdirdiyini söyləyən Bengü telefon nömrəsini dəfələrlə dəyişdirdiyini və hazırda telefon yaddaşında cəmi 15 nəfərin olduğunu açıqlayıb.
Dedi-qodudan uzaq, sakit həyat sürməyə üstünlük verdiyini bildirən sənətçi analıqdan sonra sevgiyə baxışının da dəyişdiyini vurğulayıb.
“Əvvəllər sevginin yalnız qarşı cinslə bağlı olduğunu düşünürdüm. Ana olandan sonra isə tamam başqa sevgi ilə tanış oldum. Həmin sevgidən daha güclüsünün olmadığını anlayırsan”, – deyə Bengü bildirib.

