Türkiyədə soyuq hava şəraiti davam edir. Güclü qar və şaxta səbəbi ilə ölkə ərazisində yollar buz bağlayıb, nəqliyyatın hərəkəti məhdudlaşıb.
Denmedia.az xəbər verir ki, soyuq hava şəraiti bəzi şəhər və rayonlarda özünü daha qabarıq şəkildə göstərməyə başlayıb.
Kastamonu vilayətində temperatur -24 dərəcəyə düşüb. Ölkənin bəzi vilayətlərində qarın hündürlüyü 2 metrə çatıb.
Yollar buz bagladığı, nəqliyyatın hərəkəti iflic olduğu üçün Kahramanmaraş, Bingöl, Kocaeli, Malatya, Elazığ, Hakkari, Muş və Kastamonu vilayətlərinin bəzi rayon və qəsəbələrində orta məktəblər 1 günlük bağlanıb.
Meteorologiya Baş İdarəsindən soyuq hava şəraitinin gələn həftə də davam edəcəyi bildirilib.

