Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.
DenMedia.az baku.ws-ə istinadən xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.
Bu barədə saytımıza açıqlamasındaRamiz Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib.
O qeyd edib ki, Zümrüd Əzizbəyli uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib.
Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O ümumşəhər qəbiristanlığında dəfn edilib.

