ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 26 fevralda Nümayəndələr Palatasının Nəzarət Komitəsində qalmaqallı maliyyəçi Ceffri Epşteyn işi üzrə ifadə verəcək. Bu barədə NBC məlumat yayıb.
Bildirilib ki, 27 fevralda isə Konqres qarşısına onun həyat yoldaşı, ABŞ-ın sabiq prezidenti Bill Klinton çıxacaq.
Klinton ailəsinə maraq son günlər Epşteyn işi ilə bağlı yeni sənədlərin açıqlanması fonunda artıb. Yayımlanan materiallar arasında Bill Klintonun çoxsaylı fotoları, o cümlədən cəkuzi və naməlum qadınlarla birlikdə çəkilmiş görüntülər də yer alır. Qadınların üzlərinin gizlədildiyi qeyd olunur.
Hazırda məsələ ABŞ siyasi gündəminin ən çox müzakirə olunan mövzularından biridir.

