Braziliyada tanınmış teatr aktyoru Moises Trindade Barbosa Ferreira silahlı hücum nəticəsində qətlə yetirilib. Bu barədə Need To Know nəşri yazıb.
Hadisə 23 fevralda, Salvador şəhərində (Bahia ştatı) baş verib. 33 yaşlı aktyorun evinin qarşısına gələn naməlum şəxslər ona avtomat silahdan atəş açıblar. Hücum aktyorun uşaqları və valideynlərinin gözü qarşısında baş verib. Ağır yaralanan Ferreira xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis hazırda cinayətkarların axtarışını aparır.
Ferreira şəhərin bir neçə teatr truppasında çıxış edib. 2025-ci ildə isə o, bölgədə mədəni həyatın mərkəzinə çevrilən məşhur bir bar açmışdı. Aktyor və həmkarları yoxsul məhəllələrin həyatına həsr olunan tamaşalar səhnələşdirirdi. O, eyni zamanda cinayətkarlıqla mübarizə mövzusunda bloq aparırdı.
Onun dostu Alan Kardoso bildirib:
“Onun çoxlu planları var idi. Biz daha çox insanın kriminal aləmdən uzaqlaşması üçün mübarizə aparırdıq.”

