Portuqaliyalı hücumçu, “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo artıq təkcə meydanda yox, biznesdə də aktiv addımlar atır.
Xarici KİV-lərin məlumatına görə, o, İspaniyanın “Almeriya” klubunun 25 faiz səhmini əldə edib.
Sövdələşmə Ronaldonun investisiya şirkəti olan “CR7 Sports Investments” vasitəsilə reallaşdırılıb.
Hazırda “Almeriya” İspaniyanın Sequnda çempionatında üçüncü pillədə qərarlaşıb və yüksək liqaya vəsiqə uğrunda mübarizə aparır.

