Bu gün Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4 maqnitudalı zəlzələ olub.
Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xatırladaq ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Nəticədə bir bina çöküb,1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.