Konqo Demokratik Respublikasında Ebola qızdırmasından laborator təsdiqli ölüm hallarının sayı 86-ya çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi gündəlik məlumatında bildirib. Son sutka ərzində daha 6 nəfər vəfat edib.
Təsdiqlənmiş yoluxma hallarının sayı 488-ə yüksəlib. Qeyd edək ki, cümə axşamı axşam bu rəqəm 452 idi.
Hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün intensiv tədbirləri davam etdirirlər. Xəstəliyin episentri hesab olunan İturi vilayətində tibbi izolyatorlar genişləndirilir, tibb personalı üçün əlavə qoruyucu vasitələr çatdırılır.
Mütəxəssislərin hesablamalarına görə, pasiyentlərin izolyasiya səviyyəsi aşağı, yəni 20 faiz olarsa, üç ay ərzində yoluxma sayının 20 mini keçməsi ehtimalı 65 faiz təşkil edir. Əgər izolyasiya səviyyəsi 70 faizə çatdırılarsa, bu risk 5 faizə enir.
Konqo Demokratik Respublikası və Uqanda hökumətləri 15 mayda Ebola epidemiyasının başladığını rəsmən elan ediblər. Mütəxəssislər bu yayılmanı virusun 1976-cı ildə müəyyən edilməsindən bəri ən genişmiqyaslı və təhlükəli epidemiyalardan biri hesab edirlər.
Mərkəzi Afrikada Ebola epidemiyası görülən tədbirlərə baxmayaraq yayılmaqda davam edir. Vəziyyət gərgin olaraq qalır, hakimiyyət xəstəlik ocaqlarının lokallaşdırılması üçün səyləri artırır.

