30 
iyn
2023
11:13
204

Bakıda qanunsuz ağaclar kəsilib,yoxlamalar başladı

30 iyn, 2023
11:13
204

Bakıda qanunsuz ağaclar kəsilib,yoxlamalar başladı - FOTO

Bakıda qanunsuz ağaclar kəsilib


"Den.az" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində “Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində “İnvest M. Construction” MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində “FMG” MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park” QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar