Somali sahillərində dəniz quldurluğu 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Buna ABŞ ilə İran arasındakı münaqişənin də təsir göstərdiyi bildirilir.
“İnterfaks”ın Belçikanın RTBF telekanalına istinadən yaydığı məlumata görə, Somalidəki daxili böhran, dəniz nəzarətinin zəifləməsi və Vaşinqtonla Tehran arasında qarşıdurmanın kəskinləşməsi quldurların fəallaşmasına şərait yaradıb.
Bildirilib ki, hərbi qüvvələrin diqqətinin Hörmüz boğazı və Qırmızı dənizə yönəlməsi, eləcə də dünya bazarında neftin bahalaşması dəniz quldurlarının fəallığını artırıb.
“Politico”nun məlumatına görə, son dövrlərdə Somali quldurları neft və gübrə daşıyan azı üç tankeri ələ keçirib. Gəmilərin Somali sahillərində saxlanıldığı, onlarla ekipaj üzvünün isə girov götürüldüyü bildirilir.

