Gecə rahat yatmaq istəyirsiniz? – Bu 5 məhsuldan uzaq durun
Bəzi qida və içkilər yuxunun keyfiyyətini pisləşdirə və yuxusuzluğa səbəb ola bilər.
Infosalus nəşrinin məlumatına görə, həkim Blanka Qarsiya Orea axşam saatlarında qəhvə, çay, enerji içkiləri, kakao və şokoladdan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu məhsulların tərkibindəki kofein orqanizmi oyaq saxlayır.
Mütəxəssis bildirib ki, acı, qızardılmış və doymuş yağlarla zəngin qidalar da yuxuya mənfi təsir göstərə bilər. Acı yeməklər bədən temperaturunu artırır, yağlı qidalar isə gec həzm olunur.

Həkim həmçinin axşam yeməyində yüksək dərəcədə emal olunmuş məhsullardan və spirtli içkilərdən uzaq durmağı məsləhət görüb. Spirtli içkilər gecə ərzində tez-tez oyanmağa səbəb ola bilər.
Denmedia.az