“Mançester Yunayted”in 15 yaşlı yarımmüdafiəçisi Cey Cey Qabriel “Barselona” ilə transfer danışıqları aparmaq üçün İspaniyaya yollanıb.
Britaniya mediasının məlumatına görə, gənc futbolçu İngiltərə klubundan ayrılmaq istəyir. O, ötən həftə sosial şəbəkə hesabından “Mançester Yunayted”lə bağlı paylaşımlarını silib.
Azərbaycan azarkeşlərinə “Sabah”a qarşı Çempionlar Liqası matçında vurduğu 3 qolla tanış olan Qabrielin Madrid “Real”ı ilə də danışıqlar aparacağı gözlənilir.
Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatır.

