28 
sen
2023
11:04
196

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba və Oğuzda əməliyyat keçirib

28 sen, 2023
11:04
196

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba və Oğuzda əməliyyat keçirib -FOTO

“Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba və Oğuz rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Bu barədə " Den.az"-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Girdah kənd sakinləri Taleh Qafarov, Qabil Davudov və Oğuz rayonu Xaçmazqışlaq kənd sakini Təbriz Alıcanlı olduğu müəyyən olunub.

“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv edilib”.
--

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar