Braziliyada evli qadının əri tərəfindən yaxalandığı iddia edilən kişi otelin pəncərəsindən qaçmağa çalışarkən hündürlükdən yıxılıb.
Haberler.com xəbər verir ki, hadisə sentyabrın 14-də Salvador şəhərində baş verib. Yarıçılpaq vəziyyətdə otelin pəncərəsindən çıxan kişi aşağıdakı çıxıntıya çatmağa çalışarkən müvazinətini itirərək yerə düşüb.
Ağır yaralanan kişi xəstəxanaya çatdırılıb. Onun əməliyyat olunacağı gözlənilir.
Yerli medianın məlumatına görə, kişi birlikdə olduğu qadının əri tərəfindən yaxalandıqdan sonra qaçmağa çalışıb. Lakin Braziliya polisi bu iddianı təsdiqləməyib.
Hadisə ilə bağlı araşdırma davam edir.



