23 
sen
2023
17:35
202

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qubada əməliyyat keçirib,məsuliyyətə cəlb olunanlar var

23 sen, 2023
17:35
202

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qubada əməliyyat keçirib,məsuliyyətə cəlb olunanlar var -FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qubada əməliyyat keçirib

"Den.az" xəbər verir ki, “Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Xanəgah kənd sakini Sadıq Quliyev və Girdah kənd sakini Babək Nuriyev olduğu müəyyən olunub.

“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv edilib”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar