ABŞ Prezidenti Donald Trampın olduğu Kemp-Devid iqamətgahı üzərində hava məkanını pozan yüngülmotorlu təyyarənin qarşısını F-16 qırıcı təyyarəsi kəsib.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) məlumatına görə, hadisə sentyabrın 19-da yerli vaxtla saat 07:50 radələrində Merilend ştatının Termont şəhəri üzərində baş verib.
Qırıcı təyyarələr qayda pozuntusuna yol verən pilotun diqqətini cəlb etmək üçün istilik tələlərindən istifadə ediblər. Bu, yerli sakinlər arasında sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Tramp sentyabrın 18-i axşam saatlarında Kemp-Devidə gəlib və bütün həftəsonunu burada keçirməyi planlaşdırır.

