Türkiyənin Adana şəhərində iki uşaq anası 36 yaşlı Yasemin Uğureli ərinin borcluları tərəfindən ölümlə hədələndiyini iddia edib.
“DHA”nın məlumatına görə, sığortaçı olan 42 yaşlı M.U. müxtəlif şəxslərdən borc aldığı pulları birjada itirdikdən sonra avqustun 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Həyat yoldaşı onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Qadının sözlərinə görə, ərini tapa bilməyən borc sahibləri onu və uşaqlarını hədələyir, hətta uşaqlarını qaçıracaqlarını bildirirlər.
“Uşaqlarım qorxudan məktəbə gedə bilmirlər. Həyatımız təhlükədədir, ölmək istəmirəm. Uşaqlarımla birlikdə təhlükəsiz yaşamaq istəyirəm. Ərim bir an əvvəl ortaya çıxıb bizi bu bəladan xilas etsin”, – Yasemin Uğureli bildirib.

