İngiltərədə professor Tom Lisens bacısı oğluna metal detektorundan istifadə etməyi öyrədərkən Dəmir dövrünə aid 18 nadir qızıl sikkə aşkar edib.
Hadisə İngiltərənin Suffolk bölgəsində baş verib. Eramızdan əvvəl I əsrə aid olduğu müəyyən edilən sikkələr “Bury St Edmunds xəzinəsi” adlandırılıb.
Mütəxəssislərin fikrincə, tapıntı Roma dövründən əvvəl Britaniyada yaşamış Trinovantes tayfasının hökmdarları dövrünə aiddir.
Professor və torpaq sahibi sikkələrdən ikisini xatirə olaraq saxlayıb, qalan 16 qızıl sikkə isə Londonda keçirilən hərracda 33 200 funt sterlinqə (təxminən 2 milyon türk lirəsi) satılıb.
Professor əldə edilən gəlirin bir hissəsini arxeoloji tədqiqatlara bağışlayacağını bildirir.

