ABŞ Prezidenti Donald Tramp uşaqlarda autizm hallarının azalması məqsədilə peyvənd dozalarının azaldılmasını təklif edib.
TASS xəbər verir ki, Tramp sentyabrın 18-də Ağ Evdə çıxışı zamanı bəzi peyvəndlərin daha gec vurulmasını və peyvəndləmə prosesinin bir neçə həkim qəbuluna bölünməsini təklif edib.
“Müharibə deyil, peyvəndlərin dozası xeyli azaldılacaq və düşünürəm ki, autizm hallarının əhəmiyyətli dərəcədə azaldığını görəcəksiniz”, – Tramp bildirib.
O, peyvəndlərin altı aylıq fasilələrlə, daha kiçik dozalarda vurulmasını təklif edib.
Qeyd edək ki, Tramp avqust ayında ABŞ-də uşaqlar üçün tövsiyə olunan profilaktik peyvəndlərin sayının 18-dən 11-ə endirilməsini nəzərdə tutan fərman imzalayıb.
Bununla belə, 2025-ci ildə 19 ölkədə aparılmış 31 araşdırmanı təhlil edən müstəqil ekspertlər peyvəndlərin autizmə səbəb olmadığı qənaətinə gəliblər.

