Böyük Britaniya kralı III Çarlzın şahzadə Diananın ölümündən sonra onun tezliklə unudulacağını söylədiyi iddia olunur.
Daily Mail xəbər verir ki, bu barədə Diananın qardaşı Çarlz Spenser “Qu quşunun nəğməsi: Diana, mənim bacım” adlı xatirə kitabında yazıb.
Spenserin sözlərinə görə, söhbət Diananın dəfn mərasiminə hazırlıq zamanı baş verib. O, şahzadələr Uilyam və Harrinin dəfn yürüşündə iştirakına etiraz edib. Həmin vaxt şahzadə olan Çarlzın isə ona “Əmin ol, biz onu tezliklə unudacağıq” dediyi iddia olunur.
Bukingem sarayı bu iddiaya sərt reaksiya verib. Sarayın nümayəndəsi bildirib ki, qardaş itkisinin yaratdığı kədər illər keçsə belə, insanın mühakiməsinə və yaddaşına təsir göstərə bilər.
Spenserin xatirə kitabı sentyabrın 22-də satışa çıxarılacaq.




