29 
iyn
2023
15:54
300

Şimal bölgəsində bəzi qum-çınqıl daşıyan idarələr cərimələndi - FOTO

29 iyn, 2023
15:54
300

Şimal bölgəsində bəzi qum-çınqıl daşıyan idarələr cərimələndi - FOTO

Xaçmaz, Quba və Şabran rayonları ərazisindən qanunsuz qum-çınqıl daşınması müəyyən edilib.

Bu barədə "Den.az"ın Şimal bürosuna Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Xidmətin əməkdaşları tərəfindən respublikanın şimal bölgəsində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Quba və Şabran rayonları ərazisindən qanunsuz qum-çınqıl daşınması müəyyən edilib.

Xaçmaz rayonu, Çaqacuq çayının yatağından "5 saylı Yol İstismar İdarəsi" MMC,  Quba rayonu, Birinci Nügədi kəndi ərazisindən “Azvirt” MMC tərəfindən, Şabran rayonu, Dəvəçiçay çayının yatağından isə "Siyəzənneft" NQÇİ-yə məxsus nəqliyyat vasitələri ilə qum-çınqıl daşındığı məlum olub.

Faktlarla bağlı aktlar və protokollar tərtib olunub, qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

 Aydın Adıgözəlov


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar