İranda İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda və casusluqda təqsirləndirilən Hüseyn Paderan barəsində ölüm hökmü icra edilib.
İran mediasının məlumatına görə, hökm apellyasiya şikayətinin rədd edilməsindən və ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənməsindən sonra yerinə yetirilib.
İranın məhkəmə orqanlarının məlumatına əsasən, Paderan məxfi hərbi məlumatları, hərbi obyektlər və əməkdaşlar barədə informasiyaları “Mossad”a ötürməkdə ittiham olunub.
İstintaq materiallarına görə, o, ötürdüyü məlumatlar müqabilində avro ilə ödəniş alıb. Evində aparılan axtarış zamanı tam məxfi raket məlumatları olan qeyd dəftəri, şifrələnmiş informasiya daşıyıcıları, rabitə və çəkiliş avadanlıqları aşkar edildiyi bildirilir.

