Zəngilanda Həkəri çayında batan 64 yaşlı kişinin meyiti tapılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 4-də çayın Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun meyiti FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

