Xəbərin Kateqoriyası: İdman

Ronaldu “Real”la bağlı yekun qərara gəlib

“Real” klubunun hücumçusu Kriştianu Ronaldu yaxın gələcəkdə komandanı tərk etməyə hazırlaşır, futbolçu bununla bağlı yekun qərara gəlib.

Den.Az xəbər verir ki, bu haqda “Record” məlumat yayıb.

Futbolçu klubun prezidenti Florentino Peres və baş direktoru Xose Anxel Sançesin ona olan münasibətindən narazıdır. Ronaldunun sözlərinə görə, onlar portuqaliyalı forvarda daha yaxşı şərtlərlə müqaviləni uzatmağı vəd etsələr də, bu baş verməyib.

Bir neçə gün əvvəl “kral” klubunun rəhbərliyi forvardın portuqal agenti Jorje Mendeşə bildirib ki, Ronaldunun istəklərini yerinə yetirə bilməyəcək.

Ronaldunun “Realı” tərk edəcəyi ilə bağlı şayələr Çempionlar Liqasının finalından sonra yayılıb.

Xatırladaq ki, mayın 26-da “Real”ın heyətin meydana çıxan Ronaldu Çempionlar Liqasının beşinci dəfə qalibi olaraq, turnirin rekordçusuna çevrilib.  “Liverpul”a qarşı keçən və  3:1 hesabı ilə nəticələnən matçda Ronaldu fərqlənə bilməyib.

Ronaldu 2009-cu ildən bəri “Real”ın şərəfini qoruyur.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız