Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Cənubi Qafqaz Dəmir Yolunun konsessiyası məsələsini müzakirə etməyi planlaşdırır.
Paşinyan bu barədə Ermənistan hökumətinin rəsmi saytında dərc olunan “Üçüncü müddət” proqramına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz Dəmir Yolunun konsessiyası qarşıdakı danışıqların əsas mövzularından biri olacaq.
Ermənistanın Baş naziri qeyd edib ki, tərəflər həm İrəvanı, həm də Moskvanı qane edəcək həll yolu tapmaq üçün bütün mümkün variantları nəzərdən keçirəcəklər.
Paşinyan, həmçinin Rusiyanı İrəvanda yeni metro stansiyalarının tikintisi üçün ən yaxşı tərəfdaş adlandırıb.

