Rusiya hava hücumundan müdafiə qüvvələri sentyabrın 20-nə keçən gecə ölkənin müxtəlif bölgələri üzərində 1110 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin təyyarə tipli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum zamanı Rusiyanın 20 regionu hədəfə alınıb.
Hücumlar Belqorod, Bryansk, Kursk, Ryazan, Tula, Kaluqa, Vladimir, Nijni Novqorod, Tambov, Voronej, Lipetsk, Smolensk, Oryol, Rostov, Volqoqrad, Saratov və Samara vilayətlərini, eləcə də Krasnodar diyarını, Moskva regionunu və Krımı əhatə edib.
Qara dəniz üzərində də pilotsuz uçuş aparatlarının vurulduğu bildirilib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

