Türkiyəli aktrisa Seray Kaya İdris Aybirdi ilə sevgili olduğunu rəsmən açıqlayıb.
Haberler.com xəbər verir ki, “Survivor” yarışması ilə tanınan Sahra Işık keçmiş həyat yoldaşı İdris Aybirdinin ona Seray Kaya ilə xəyanət etdiyini iddia edib.
İddialardan sonra aktrisa sosial şəbəkədə Aybirdi ilə fotosunu paylaşaraq münasibətlərini təsdiqləyib.
“İdris Aybirdi ilə münasibətimiz hər ikimizin boşanmasından sonra başlayıb. Bunun əksini iddia edən məlumatlar həqiqəti əks etdirmir”, – Seray Kaya bildirib.

Aktrisa uşağın bu prosesdən təsirlənməməsi üçün indiyədək susduğunu qeyd edib. O, barəsində yayılan təhqir və böhtan xarakterli paylaşımlarla bağlı hüquqi prosesə başladığını açıqlayıb.

