2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın Zəfər tarixində mühüm yer tutur.
Daxili İşlər Nazirliyindən Denmedia.az-a verilən məlumata görə, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası uğrunda keçirilən əməliyyatlarda fədakarlıq və qəhrəmanlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Nazirlikdən bildirilib ki, şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Vətənə sədaqətin və xalqa xidmətin nümunəsidir.

