13 
mar
2024
12:10
180

Vilayət Eyvazov bu rayonlara yeni polis rəisləri təyin etdi

13 mar, 2024
12:10
180

Vilayət Eyvazov bu rayonlara yeni polis rəisləri təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Den.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, pois polkovniki Rüstəm Cəfərov tutduğu vəzifədən azad edilərək Yevlax RPŞ-in rəisi vəzifəsinə təyin edilib. 

Bundan başqa, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib. 

Nazirin daha bir əmri ilə polis polkovnik-leytantı İkram Əhmədov Göyçay Regional Mühafizə rəisi vəzifəsinə təyin edilib. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar