Macarıstanın Baş naziri Peter Madyara bayram tədbiri zamanı şərab atılıb.
Madyar sosial şəbəkədə bildirib ki, hadisə Seksard şəhərində üzüm yığımı bayramı zamanı baş verib.
Yerli sakinlərin dəvəti ilə restorandakı məclisə qatılan Baş nazirə yaşlı kişi qəfil ağ şərab atıb. Şərab Madyarın üzünə və köynəyinə tökülüb.
Kişinin şəxsi antipatiya və Baş nazirin siyasi kursu ilə razılaşmadığı üçün bu addımı atdığı bildirilir.
Mühafizəçilər həmin şəxsi ərazidən uzaqlaşdırıblar. Madyar isə baş verənləri yumorla qarşılayıb.

