Yuxusuzluq, siqaret, alkoqol, həddindən artıq şəkər qəbulu və oturaq həyat tərzi orqanizmin qocalmasını sürətləndirir.
“Lenta.ru” xəbər verir ki, bu barədə həkim Aleksandr Umnov bildirib.
Mütəxəssisin sözlərinə görə, gündə 7 saatdan az yatmaq orqanizmin bərpasına mane olur. Siqaret çəkmək toxumaların oksigenlə təminatını zəiflədir, alkoqol isə orqanizmin susuzlaşmasına və iltihabi proseslərin güclənməsinə səbəb olur.
Həkim bildirib ki, həddindən artıq şəkər qəbulu dərinin elastikliyini azaldır, uzun müddət oturmaq isə qan dövranını və maddələr mübadiləsini zəiflədir.

Günəşdən qorunmamaq, dərini kifayət qədər nəmləndirməmək, gözləri qıymaq, dodaqları büzmək və alnı qırışdırmaq da qırışların yaranmasını sürətləndirə bilər.
Bundan əlavə, xroniki stress, telefondan istifadə zamanı başı uzun müddət aşağı əymək və yatmazdan əvvəl dişləri fırçalamamaq da sağlamlığa mənfi təsir göstərən vərdişlər sırasındadır.

