Səhərlər qəhvə ilə birlikdə siqaret çəkmək ürək-damar sisteminə əlavə yük salır.
Bu barədə terapevt Svetlana Burnatskaya xəbərdarlıq edib.
O, “Lenta.ru” nəşrinə müsahibəsində səhərlər qəhvə ilə birlikdə siqaret çəkməyi vərdiş halına gətirən şəxsləri bunun sağlamlıq üçün yaratdığı ikiqat təhlükə barədə xəbərdar edib.
Həkimin sözlərinə görə, kofein ürək döyüntüsünü sürətləndirə və qan təzyiqini yüksəldə bilər. Nikotin isə damarları daraldır, nəbzi sürətləndirir və təzyiqi artırır. Qəhvə ilə siqaretin eyni vaxtda qəbulu ürəyin daha çox yüklənməsinə səbəb olur.

Mütəxəssis bildirib ki, bu vərdişi uzun illər davam etdirən şəxslər daha yüksək risk altındadır. Əsas təhlükə qəhvə deyil, siqaretdir. Müntəzəm siqaret çəkmək damarları zədələyir, infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırır.
Həkim əlavə edib ki, qəhvənin orta miqdarda qəbulu əksər sağlam yetkinlər üçün ciddi risk hesab olunmur. Qəhvə ilə siqaretin bir dəfə birlikdə qəbul edilməsi isə infarktın baş verəcəyi anlamına gəlmir.

