ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasında çıxışı zamanı Ukrayna və Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə həlli, eləcə də ABŞ-nin suverenliyi məsələlərinə xüsusi diqqət ayıracaq.
Breitbart News xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.
Onun sözlərinə görə, Tramp çıxışında beynəlxalq gündəmdəki məsələlərdən və son bir ildə əldə olunmasına kömək etdiyi sülh razılaşmalarından danışacaq.
ABŞ Prezidenti İranın nüvə proqramı, süni intellekt və onun dövlət tərəfindən tənzimlənməsi məsələlərinə də toxunacaq.
Uolts əlavə edib ki, Tramp Avropadakı Rusiya-Ukrayna müharibəsinə son qoymağa çalışır.
BMT-dəki çıxışından sonra ABŞ Prezidentinin müxtəlif ölkələrin liderləri ilə görüşləri nəzərdə tutulur.

