İran ABŞ ilə münaqişənin diplomatik yolla həllinə və nüvə proqramı üzrə danışıqların bərpasına hazır olduğunu bildirib.
Denmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə yüksək vəzifəli İran mənbəsi məlumat verib. Onun sözlərinə görə, Tehran danışıqların bərpasını yalnız İslamabad razılaşmasının tam yerinə yetirilməsi şərti ilə mümkün hesab edir.
Razılaşma İranın dondurulmuş aktivlərinin azad edilməsini və neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.
“Top ABŞ-ın tərəfindədir. Diplomatiyaya qayıtmaq daha yaxşıdır, lakin biz Vaşinqtonun sülhə qayıtmaq üçün real istəyini görməliyik. ABŞ vasitəçiləri və İranı öz səmimiyyətinə inandırmalıdır”, – mənbə bildirib.

