“General Karsten Broyeri NATO Hərbi Komitəsinin növbəti sədri seçilməsi münasibətilə təbrik edirəm. O, 2027-ci ilin iyulunda vəzifəsinin icrasına başlayacaq”, – deyə Draqone bildirib.
1964-cü il dekabrın 1-də anadan olan Broyer 2023-cü ilin martından Bundesverin baş müfəttişi vəzifəsini icra edir.
Bundan əvvəl o, Bundesverin ölkə ərazisinin müdafiəsi komandanlığına rəhbərlik edib, COVID-19 pandemiyası dövründə isə koronavirusla mübarizə üzrə operativ qrupa başçılıq edib.
Broyer müxtəlif illərdə Bundesverin ərazi komandanlığına, 37-ci zirehli piyada briqadasına və 12-ci zirehli zenit-artilleriya batalyonuna da komandanlıq edib.

