Müntəzəm fiziki aktivlik xərçəngin təkrarlanma riskini azaltmağa kömək edə bilər.
“Daily Mirror” nəşrinin məlumatına görə, Böyük Britaniyanın xərçəng araşdırmaları fondunun rəhbəri Mişel Mitçell bildirib ki, aparılan tədqiqatda müntəzəm fiziki məşqlərlə məşğul olan şəxslərdə xərçəngin təkrarlanma riskinin 17 faiz, bütün səbəblərdən ölüm riskinin isə 18 faiz aşağı olduğu müəyyən edilib.

Mütəxəssisin sözlərinə görə, ən nəzərəçarpan nəticələr aerob və güc məşqləri zamanı müşahidə olunub.
Mitçell fiziki aktivliyin fərdi qaydada seçilməli olduğunu vurğulayaraq gəzinti, qaçış, üzgüçülük, velosiped sürmə və rəqsi uyğun məşğuliyyətlər kimi göstərib.

