14 
mar
2024
15:45
205

Vilayət Eyvazov daha iki rayona yeni polis rəisi təyin etdi

14 mar, 2024
15:45
205

Vilayət Eyvazov daha iki rayona yeni polis rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub. 

Den.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
 
Bundan başqa, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar