ABŞ Məxfi Xidmətinin əməkdaşları Ağ Evin yaxınlığında Prezident Donald Trampla görüşməyi tələb edən şəxsi saxlayıblar.
“The Sun” nəşrinin məlumatına görə, hadisə sentyabrın 19-da baş verib. Naməlum şəxs avtomobili Ağ Evin yaxınlığındakı mühafizə səddinin yanında səkiyə sürüb.
Hadisədən sonra polis əməkdaşları və hərbçilər Lafayet meydanı yaxınlığındakı yolayrıcını mühasirəyə alıblar.
Saxlanılaraq qandallanan sürücü ABŞ Prezidenti Donald Trampla danışmaq istədiyini bildirib.

