avq
2023
14:12
213

Rasim Məmmədovun əlindən alınmış şirkət GÖRÜN kimin imiş - ÜZƏ ÇIXDI

3 avq, 2023
14:12
213

Rasim Məmmədovun əlindən alınmış şirkət GÖRÜN kimin imiş - ÜZƏ ÇIXDI

Rasim Məmmədovun əlindən alınmış şirkət GÖRÜN kimin imiş - ÜZƏ ÇIXDI

Den.az qafqazinfo-ya  istinadla xəbər verir ki, Dubay şirkəti “RMH General Trading” DMCC “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim

Məmmədovun cinayət işi üzrə müsadirə edilmiş əmlakla bağlı Ali Məhkəməyə müraciət edib.
Şirkət Bakı Apellyasiya Məhkəməsinin qərarından narazıdır.

İddia olunur ki, cinayət işi üzrə müsadirə edilmiş “Baku Non Ferrous And Foundry Company” məhkum Rasim Məmmədova deyil, onlara məxsusdur. Belə olan halda şirkətin avadanlıqları ilə birgə müsadirə olunması mülkiyyət hüququnu pozur.

Xarici şirkəti təmsil edən vəkil Cavad Cavadov bildirib ki, Sumqayıt şəhərində yerləşən sözügedən şirkətin müsadirə olunması onun əsl sahibinin mülkiyyət hüququnun pozulması deməkdir: “Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi şikayətimizi əsaslı saymadı. İndi həmin qərardan kassasiya şikayəti vermişik. Son vaxtlar Ali Məhkəmənin mülkiyyət məsələləri ilə bağlı ədalətli qərarlar çıxardığını görürük. Ümid edirik ki, bu işlə bağlı müsbət qərar qəbul ediləcək və bizim Avropa məhkəməsinə müraciət etməyimizə gərək qalmayacaq.”

Qeyd edək ki, Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar