Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.
Denmedia.az qafqazinfo.az-a istinadla bildirir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.
İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.
Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.

