Ağsu rayonunda həm içməli, həm də suvarma suyu ilə bağlı ciddi problemlərin yaşandığı bildirilir.
Bu barədə Denmedia.az-a rayon sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Elnur Süleymanov vəzifəyə təyin olunduqdan sonra rayonda su təminatı ilə bağlı vəziyyət daha da pisləşib. İddia olunur ki, yaşayış məntəqələrində su tez-tez kəsilir, bəzi ərazilərdə isə həftələrlə içməli və suvarma suyu verilmir.
Məlumata görə, su qıtlığı səbəbindən sakinlər məcbur qalaraq çaylardan və digər su mənbələrindən öz vəsaitləri hesabına su daşıyırlar. Onların sözlərinə görə, maddi imkanı olmayan ailələr isə uzun müddət susuz qalır.
Ən diqqətçəkən iddia isə suyun qəsdən kəsilməsi ilə bağlıdır. Sakinlərin bildirdiyinə görə, idarənin bəzi əməkdaşları qeyri-rəsmi söhbətlər zamanı suyun verilməməsinin texniki səbəblərlə yox, qəsdən həyata keçirildiyini söyləyiblər.
İddiaya əsasən, idarə rəisi Elnur Süleymanov ödənişli əsaslarla su daşıyan sürücülərlə şərikli fəaliyyət göstərir. Bildirilir ki, əvvəlcə suyun verilməsi dayandırılır, daha sonra isə sakinlərə su maşınları vasitəsilə ödəniş müqabilində su satılır.
Redaksiyaya daxil olan digər məlumata görə, idarə əməkdaşları arasında Elnur Süleymanovun tez-tez ADSEA-nın aparat rəhbəri Fuad Quliyev və Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev tərəfindən himayə olunduğunu söylədiyi iddia edilir. Məlumatda qeyd olunur ki, bu səbəbdən bəzi əməkdaşlar mövcud problemlərlə bağlı etiraz etməkdən çəkinirlər və vəziyyətin dəyişəcəyinə inanmadıqlarını bildirirlər.
Səsləndirilən bütün iddialarla bağlı aidiyyəti qurumların və adıçəkilMəsələni diqqətdə saxlayacağıq.
Ellada Rəsul
Denmedia.az

