“Azəri-Press” Agentliyinin (APA) yaranmasından 20 il keçir.
Den.az xəbər verir ki, “Azəri-Press” Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Agentlik Azərbaycan, rus, ingilis və fars dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər.
Bu 20 ildə APA tək addımlamayıb. Onun yoldaşları – Lent.az , Vesti.az, Kulis.az və APA TV-dir.
Hazırda APA.az və APA TV COP29 tədbirində ən fəal və keyfiyyətli xəbər xidməti göstərən media strukturlarındandır. Hər gün COP29 sammitindən özəl xəbərlər, açıqlamalar, müsahibə və reportajlar hazırlayır. APA-nın materialları xarici mediada vaxtaşırı istinadla dərc edilir.
Qeyd edək ki, “APA-Holding” MMC-nin prezidenti əməkdar jurnalist Vüsalə Mahirqızıdır. O, “APA” yaradılan gündən bu müəssisəyə rəhbərlik edir.
Den.az kollektivi başda Vüsalə Mahirqızı olmaqla APA kollektivini yubiley münasibəti ilə təbrik edir, işlərində uğurlar arzulayır!
APA-nın yaradılmasının 20 ili tamam olur

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.