ABŞ Prezidenti Donald Tramp Çin, Rusiya və ABŞ liderlərinin Şençjen şəhərində keçirilən üçtərəfli görüşündə Ukraynadakı müharibənin dayandırılması məsələsini əsas müzakirə mövzularından birinə çevirib.
Denmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.
Onun sözlərinə görə, Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir və hərbi əməliyyatların dayandırılması üçün bütün imkanlardan istifadə olunmasını tapşırıb.
Uitkoff bildirib ki, ABŞ Prezidenti bu istiqamətdə fəaliyyət göstərməyi ona və digər xüsusi nümayəndəsi Cared Kuşnerə həvalə edib.
Kuşner isə mətbuat konfransında Berlində keçirilən “İstəklilər koalisiyası”nın görüşünü yüksək qiymətləndirib. O, danışıqların olduqca məhsuldar və uğurlu keçdiyini vurğulayıb.
Onun fikrincə, ABŞ-nin avropalı müttəfiqləri Ukraynada sülhün bərqərar olunmasına səmimi şəkildə çalışdıqlarını nümayiş etdiriblər.

