Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobildə olan 35 yaşlı Vasif İsmayılov hadisə yerində həyatını itirib, onun həmyaşıdı Nurlan Cəbrayılov isə xəsarət alıb.
Qəza yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb edilib. Mərhumun meyiti ərazidən götürlərək aidiyyatı üzrə təhvililib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

